IQNA

Ərbəin yürüyüşündə Quranla üns məclisləri keçiriləcək

14:34 - August 27, 2022
Xəbər sayı: 3492806
İranın İraqdakı mədəniyyət müşaviri Ərbəin ziyarəti zamanı iranlı və iraqlı qarilərin müştərək Quran məclislərinin keçiriləcəyini bildirərək deyib: "Bu məclislər Ərbəində ən təsirli mədəni fəaliyyətlərdən biridir və hər il zəvvarlar tərəfindən böyük həvəslə qarşılanır".

İranın İraqdakı mədəniyyət müşaviri Höccətül-İslam vəl-müslimin Qulamrza Əbazəri "İQNA"-ya müsahibəsində Ərbəin yürüşü zamanı İranın Bağdaddakı mədəni məsləhət proqramlarına toxunaraq deyib: "Ərbəin üçün biri İranda, digəri İraqda olmaqla iki mədəniyyət komitəsi yaratdıq. Ərbəinin mədəniyyət qərargahı bu iki komitənin birləşməsindən yaradılmışdır. Müxtəlif ölkələrdən gələn qonaqların iştirakı ilə dini proqramların həyata keçirilməsi, mühazirələrin oxunması, sərgilərin keçirilməsi, elmi görüşlərin keçirilməsi, bədii-mədəni məkanların yaradılması bu komitənin proqramları sırasındadır.

İranın İraqdakı mədəniyyət müşaviri Ərbəin ziyarəti zamanı iranlı və iraqlı qarilərin müştərək Quran məclislərinin keçiriləcəyini bildirib. O, qeyd edib ki, bu məclislər Ərbəində ən təsirli mədəni fəaliyyətlərdən biridir və hər il zəvvarlar tərəfindən böyük həvəslə qarşılanır.

 4079997

captcha