IQNA

İngiltərədəki "York" məscidi qeyri-müsəlmanları qəbul edir

10:24 - August 28, 2022
Xəbər sayı: 3492813
İngiltərənin “York” şəhərinin məscidi və İslam mərkəzi müxtəlif proqramlar təşkil etməklə qeyri-müsəlmanları qəbul etməyi və onları İslamla tanış etməyi planlaşdırır.

"İQNA", "York Press"-ə istinadən xəbər verir ki, Şimali Şərqi İngiltərədəki York Məscidi və İslam Mərkəzi qeyri-müsəlmanların İslam və müsəlman həyat tərzi ilə tanış olmaları üçün öz qapılarını yerli ictimaiyyətə açır.

Bu proqramın 3 sentyabr şənbə günü yerli vaxtla saat 14:30-dan 17:30-a kimi keçirilməsi planlaşdırılır.

Bu, Korona pandemiyasından sonra qeyri-müsəlmanları qəbul edən ilk proqramdır. Britaniya Müsəlmanları Şurası tərəfindən hər il təşkil edilən Britaniya miqyasında "Məscidimi Ziyarət Et" təşəbbüsünün bir hissəsidir.

Bu planın bir hissəsi olaraq, ölkə daxilində 250-dən çox məscid qonşuların birgə yaşamalarına kömək etmək üçün həftə sonu qapılarını onların üzünə açacaq.

4081052

captcha