Höccətül-islam vəl-müslimin Məhəmməd Suruş Məhəllati “İmam Hüseyn (ə), hörmət, ixtiyar və insanın azadlığı” adlı iclasda zülm və İslam alimlərinin hökumət haqqında fikirlərini müzakirə edib.
Tibb, astronomiya, riyaziyyat, fəlsəfə və fiqhin müxtəlif sahələrində geniş məlumat sahibi olan müasir böyük alimlərdən biri olan mərhum Əllamə Şeyx Əbül-Həsən Şərani əsərlərindən birində qeyd edir: “Hakimiyyət küfrlə qalır, zülmlə qalmır". Bu zülm nədir ki, hökuməti çökdürə bilər? Bir halda ki, küfr bunu edə bilmir. Bu rəvayətə görə, mərhum Şərani deyib ki, zülm insanların hərəkətinə mane olur. Çünki zülm mühitində oxuyub bizneslə məşğul olmalı olan şəxsin buna həvəsi olmur.
Zülm insanların hərəkətinə mane olur. Çünki zülm mühitində insanlar zəifləyəcək. Həyat və gələcəyə ümidləri itəcək. Hamı bu hakimiyyətdən qaçıb başqa yerə getməyi düşünəcək.
O, sözünə davam edərək, dedi: "İnsan azad yaradılıb. Əgər bu iradə və azadlıq ondan insan təbiətinə zidd olaraq alınarsa və o məcbur edilərsə, bu, damın altına, qaranlıq bir yerə fidan qoymaq kimi bir şeydir. Allah insanı ixtiyar sahibi olmayan bir varlıq kimi yarada bilərdi. Lakin onu azad yaratdı. Hətta onu xeyirli və dini işlərə də məcbur etmədi. Allah peyğəmbərlərin müjdə verib və xəbərdarlıq etməsi ilə kifayətlənir.
O əlavə edib ki, zalım hökumətlər insanları azadlıqdan məhrum edir. O, zülmün çarəsinə də işarə edərək buyurdu: "İnsanın dəyərini və ləyaqətini qəbul etmək lazımdır. Bütün insanların haqqı var və zalımlara heç bir insanın haqqını əlindən almağa icazə verilmir".
Alimlərin diqqəti günün mövzularına
İslam mənbələrindən xəbəri olmayanlar düşünməsinlər ki, bu mövzular alimlərin diqqətindən kənarda qalıb və bəziləri onlara diqqət yetiriblər. Xeyr, belə deyil və alimlər bu barədə ətraflı bəhs etmişlər. Əllamə buyurur: İnsanların vacib ehtiyaclarından biri nizam-intizamı qorumaq və yolları təhlükəsiz etmək üçün bir rəhbərə ehtiyacdır. Rəhbər ordu və mal istəyir ki, insanları işlə təmin edə bilsin və fasiqlər ondan qorxsunlar. Onun fikrincə, burada yarana biləcək problem odur ki, insan var-dövlət və ordu əldə edəndə elə olur ki, fasiqlər ondan qorxur və salehlərin ona qarşı çıxmağa cəsarəti çatmır. Sonra nə əmr versə, mütləq icra olunaur. Əgər kimsə məsum (səhv və günahlardan uzaq) deyilsə, ona belə bir qüdrəti vermək yanlışdır.
Ona görə də bu möhtərəm şəxs deyib ki, məsum bir şəxs olmadığı halda bizim xalq qarşısında hakimiyyəti məhdudlaşdırıb şərtləndirməkdən başqa çarəmiz yoxdur. insanın bundan başqa yolu yoxdur. Kimsə deyə bilər ki, insanlar öz məsləhətini tanımır və biz onları doğru yola yönəltməliyik. Əllamə Şəraninin də bu barədə deyəcəkləri var və buyurdu: "Əgər bir insanın çox mühüm bir məsləhəti olsa belə xalqı azadlığından məhrum etməməlidir. 4079226