IQNA

Quranın məsləhətləşmə barədəki tövsiyələri

17:59 - September 06, 2022
Xəbər sayı: 3492878
Məsləhətləşmək insana başqalarının, xüsusən də ekspertlərin fikir və ideyalarından kömək almağa səbəb olur. Onların fikirlərini öz düşüncə və mülahizələrinin yanında qərar verməklə öz düşüncə və baxışının gücünü, genişliyini və dərinliyini artırır. Başqalarının düşüncələrinin parlaqlığı və fikirlərindən faydalanır.

İnsan təfəkkür və təcrübənin məhdudluğuna görə həyatın bəzi problem və məşəqqətlərində qərar verə bilmir. Başqalarının təcrübə və düşüncələrindən istifadə etmək lazımdır. Buna əsasən, düşüncəli insanlarla məsləhətləşmək insanın inkişafının amillərindən biri hesab olunur. Bəzən buna etinasız yanaşmaq bəşəriyyətin tərəqqisi yolunda ciddi maneə yaradır.

Məsləhətləşmək problemlərin aradan qaldırılmasına və intellektual inkişafa və qərarların qəbulunun artırılmasına əsas yarada bilən faydalı prosesdir. Ona görə də fərdin və cəmiyyətin səmərəliliyi və dinamikliyi məsləhətləşməkdən asılıdır. Məsləhətləşmək təkcə ümumi insanlar üçün deyil, bütün insanların məsləhətləşməyə, ümumi düşüncəyə, müxtəlif fikirləri eşitməyə ehtiyacı var. Necə ki, Allah öz peyğəmbərinə başqalarından, hətta Peyğəmbərlə razılaşmayanlardan da məsləhət almağı əmr etmişdir: "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!" (Ali-İmran, 159).

İslamda məsləhətləşmək digər vacib məsələlərlə yanaşı qərar verilir. Möminlər Allaha itaət edib namaz qıldıqları kimi, məsləhətləşməkdə də ciddi olmalıdırlar: "O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər" (Şura, 38).

Məsləhətləşməyin prinsipləri var. Bu, yolgöstərəndən kömək alıb onun dediyini etmək kimi deyil. İslamda yol müəyyən edilmişdir. Əvvəlcə müxtəlif sözləri və fikirləri dinləyin və sonra ən yaxşısını seçin: " Bəndələrimə (Cənnətlə) müjdə ver!  O kəslərə ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! "Zumər, 17 və 18).

Məsləhətləşmək insan tərəqqisinin və uğurunun əsas amillərindən biridir. Bu şərtlə ki, məsləhətçi müdrik, təcrübəli, uzaqgörən, sirr saxlayan və səmimi insan olsun.

captcha