IQNA

Ayətullah Müdərrisinin Ərbəin zəvvarlarına mesajı

10:20 - September 07, 2022
Xəbər sayı: 3492880
İraqın Şiə Təqlid mərcələrindən Ayətullahul-üzma Seyyid Məhəmməd Təqi Müdərrisi Ərbəin yürüyüşü ərəfəsində İmam Hüseyni (ə) ziyarət edənlərə mesaj verib.

İraqın Şiə Təqlid mərcələrindən Ayətullahul-üzma Seyyid Məhəmməd Təqi Müdərrisi Ərbəin yürüyüşü ərəfəsində dünya şiələrinə, xüsusilə Ərbəin zəvvarlarına müraciətlə belə bir mesaj verdi:

“Ey Seyyidüş-Şühədanın (ə) hərəminin zəvvarları!

1_ Sizə qızıl fürsət verildi. Allah sizə gündəlik həyatınızda günah və təəssüb çirkinliyindən təmizlənmə fürsəti verdi. Elə isə gəlin, həyatın acılığından, yaxınlar arasında təfriqə və çətinlik yaradan hər şeydən nəfsimizi təmizləyək. İmam Hüseynə (ə) gedən yolumuzu gözəl, pak və səmimi bir yol edək.

2_ Bizim üçün ən təhlükəli olan kin, təəssübkeşlik, şəxsi maraqlar və dar düşüncəli baxışlardan özümüzü azad etməliyik. Bunlar şeytanın zəncirləridir ki, bizim haqqa doğru yüksəlməyimizə mane olur. Həmçinin bir-birimizə qarşı vəfalı olmalıyıq. Bir-birimizlə dürüstlük üzərində qurulmuş və layiqli münasibətlərimiz olmalıdır.

3_ Qurani-Kərimin təbirinə görə, vicdanlı və saleh möminlər Allahdan diləyirlər: “Qəlbimizdə möminlərə qarşı həsəd və kin qərar vermə”. İmam Hüseynin (ə) “Ziyarətnamə”sində də oxuyuruq: “Mən sizinlə sülhdə olanlarla sülhdəyəm. Sizinlə döyüşdə olanla mən də döyüşdəyəm. Əhli-beytə (ə) məhəbbət, yaxınlıq və həqiqi vilayət elə olmalıdır ki, bu, Allahın vəlayəti olsun. Bu vilayətə nail olsaq, bir-birimizi sevəcəyik. Sevgi əməkdaşlığa və qarşılıqlı düşüncəyə səbəb olur və bununla da böyük arzular, məqsədlər həyata keçər.

4_ Bu gün millətimizin daha çox birliyə və məsləhətləşməyə (bir-birinə məsləhət verməyə) ehtiyacı var. Allah Qurani-Kərimdə saleh bəndələrinə nəsihət etməyi əmr edir və buyurur: “And olsun zamana ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (“Əsr” surəsi). tövsiyələr bütün insanlara aiddir. Heç kim özünü başqalarından ayrı hesab etməməlidir.

5_ Allah-taala əmr etmişdir ki, əmr be məruf və nəhy əz münkər əmrinə tabe olaq. Bir-birimizlə əməkdaşlıq etmək öhdəliyimiz var. Dürüst iradə və milli əməkdaşlıqdan başqa yolla böyük məqsədlərə nail olmaq mümkün deyil.

6_ Hörmətli zəvvarlar! İmam Zeynul-Abdinin hüquq risaləsini öyrənmək, məsuliyyətimizi və onun müxtəlif cəhətlərini öyrənmək bizim vəzifəmizdir. İmam Hüseynin (ə) ziyarətinə gedən yolda üzərimizə düşən məsuliyyət və onu necə yerinə yetirəcəyimizi düşünək.

7_ Biz İmam Hüseynin (ə) hərəkatında bu ilahi yanaşmaya qoşulduqda, Həzrət Peyğəmbərin (s) səmavi düşüncəsindən və pak ruhundan dərin iman və güclü iradə əldə etdikdə, əslində dəyişiklik yolunda, fəsadla mübarizədə və cəmiyyəti islahat yolunda böyük bir məsuliyyət götürürük. Eyni zamanda, gözəl ədəb-ərkanı və başqaları ilə yaxşı ünsiyyəti unutmamalıyıq.

Sonda Uca Allahdan diləyirik ki, builki Ərbəin ziyarəti əvvəlki illərdən daha bərəkətli olsun. Həmçininizə Peyğəmbərin (s) sünnəsinə və İmam Hüseynin (ə) yoluna itaət və əməl etməyi nəsib etsin.

Oxşar xəbərlər
captcha