IQNA

Kərbəlanın şəxsiyyətlərini tanıyaq / 5

İmam Hüseynin (ə) düşmənlərinin 3 dəstəsi

11:43 - September 15, 2022
Xəbər sayı: 3492928
Kərbəla hadisəsinin çoxlu dərsləri var. Doğru ilə batil arasındakı bu cəbhədə insanların seçim və davranışları baxımından şəxsiyyətinin üzə çıxdığı bir vəziyyət var idi. Bu insanların bir qrupu o kəslər idi ki, İmamın (ə) qabağında dayanıb, İmamı tanıdıqları halda, onunla düşmənçilik etməyə başladılar və onun ailəsinə belə rəhm etmədilər.

Aşura hadisəsində İmamın qarşısına duran bir qrup şəxs öz adlarını tarixə batil cəbhəsinin köməkçiləri kimi yazdılar. İmam Hüseynin (ə) düşmənləri vahid formada deyildilər. Onların arasında Şimr və Ömər ibn Həccac Zubeydi, Həsin ibn Nəmir və Ömər Səd və s. kimi lənətlənmiş insanlar var idi.

Həmçinin düşmənlərin arasında İmamla vuruşmağa o qədər də həvəsli olmayanlar var idi. Şəbəs ibn Rəbi bu dəstədən idi. O, Kufədə olduğu zaman ona kömək etmək üçün İmama dəvət məktubu yazdı. Lakin o, Kufə ordusuna qərar tutdu. İmamla döyüşə getdi. İmamın düşmənləri arasında bəzi insanlar da var idi ki, ibn Ziyadın qorxusundan Kərbəlaya gəlmişdilər.

Düşmənlərdən bəziləri də Əməvi Cəbhəsinin tərkibində idilər. Lakin sonradan bu cinayətə etiraz etdilər. Onların arasında Yezidin İmam Hüseynin (ə) kəsilmiş başına hücumunu görüb etiraz edən Yəhya ibn Həkəm var idi. Yezid də onun sinəsinə vuraraq onu məclisdən qovdu.

* İslam tarixi ustadı Höccətül-İslam vəl-müslimin Məhəmməd Rza Cabbarinin “Aşura qiyamı qarşısında şəxsiyyətlərin tipologiyası” toplantısındakı sözlərindən götürülmüşdür.

4081322

captcha