IQNA

Seyyidüş-Şühəda (ə) ilə ictimai həyat / 4

Aşura gününün günorta namazından alınan dərslər

14:05 - September 16, 2022
Xəbər sayı: 3492931
İmam Hüseyn (ə) bu mühüm xəbəri Aşura gününün gönorta vaxtında çatdırdı ki, ibadət edənlər namaza, özü də camaat namazına diqqət yetirsinlər.

Ərbəin günləri münasibəti ilə Quran eksperti Höccətül-İslam Seyyid Cavad Behiştinin “Seyidüş-Şühəda (ə) ilə ictimai həyat” adlı söhbətindən İmam Hüseynin (ə) həyatından bugünkü insan həyatı üçün əməli dərslərə nəzər salmaq istəyirik: Bu çıxışın dördüncü hissəsini oxuya bilərsiniz:

Allah Nisa surəsinin 102-ci ayəsində buyurur: "(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!".

Bu ayədə Uca Allah Peyğəmbərə 1700 döyüşçünün olduğu döyüş meydanında camaata namaz qılmağı əmr edir. Məhz camaatla birlikdə empatiya, əməkdaşlıq, ortaq düşüncə, ortaq dil və rəğbət üzə çıxır. Döyüş meydanında təhlükənin olmasına və düşmənin İslam ordusuna zərər yetirməsinin mümkün olmasına baxmayaraq, Allah bu vəsflərlə Öz Peyğəmbərinə döyüşçüləri iki yerə bölməyi əmr edir; 800 nəfər düşmənlə üzbəüz dayansın, 800 nəfər isə namaz qılsın.

Döyüş namazı iki rükətdir; Birinci rükətdə camaatın yarısı Peyğəmbərə (s) iqtida edir. İkinci rükətdə isə 800 nəfər sürətlə tək halında namaz qılır və digər 800 nəfərlə yerlərini dəyişir. Bu ayənin bizə verdiyi mesaj nədir? Bu gün namazlarımızı camaatla rahat şəraitdə qılırıqmı? Bu qədər motivasiyamız varmı?

İmam Hüseyn (ə) bu mühüm xəbəri Aşura gününün gönorta vaxtında çatdırdı ki, ibadət edənlər namaza, özü də camaat namazına diqqət yetirsinlər. İmam Hüseyn (ə) bunu başa düşməyimizi istəyirdi ki, problem və böhranlarda namazdan kömək diləmək lazımdır. Bir damlanın təsiri var, amma dənizin başqa təsiri var. Müsəlmanlar birləşin, məscidləri doldurun.

İmam Hüseyn (ə) öz səhabələrinə buyurdu ki, kim bizim önümüzdə durmağa razıdır (çünki düşmən atəşkəsi qəbul etmədi) ki, biz bu iki rükət namazı qılaq? Səid ibn Abdullah Hənəfi və Zuheyr ibn Qeyn özlərini sipər etdilər. Bu zaman Səid ibn Abdullah Hənəfinin üzünə, sinəsinə və bədəninə 30-dan çox ox dəydi. İmam Hüseynin (ə) namazı bitdikdə Səid ibn Abdullah Hənəfi şəhid olmadan öncə həzrətdən soruşdu?. Ey Allah Rəsulunun oğlu, vəfalı oldummu? İmam (ə) cavab verdi: “Bəli, sən islami və insani borcunu yaxşı yerinə yetirdin və məndən qabaq behiştdəsən".

4083048

captcha