IQNA

BƏƏ Universitetində beynəlxalq Quran seminarı keçiriləcək

9:57 - September 17, 2022
Xəbər sayı: 3492932
Şarcədəki Əl-Qasimiyyə Universitetində İslam ölkələrinin bir sıra Quran fakültələrinin iştirakı ilə Qurani-Kərimin müasir dövrdə tədrisi mövzusunda beynəlxalq seminar keçirilir.

"İQNA", BƏƏ Xəbər Agentliyinə istinadən xəbər verir ki, Şarcənin Əl-Qasimiyye Universiteti Qurani-Kərim fakültələrinin tələbələri üçün “müasir dövrdə Qurani-Kərimin tədrisi üsulları” adı altında ilk beynəlxalq Quran seminarının keçirilməsi üçün bütün lazımi hazırlıqları edib.

Bu universitetin Qurani-Kərim fakültəsi tərəfindən 2022-2023-cü tədris ilinin birinci semestrinin başlanğıcı ilə eyni vaxtda, sentyabrın 22-də keçiriləcək bu toplantıda Qurani-Kərimlə bağlı mühüm mövzular müzakirə olunacaq. Bura Qurani-Kərimin əzbərlənməsi üsulları, Qurani-Kərimin qiraətinin öyrədilməsi üsulları və Quranın təfsiri üsulları daxildir.

4085648

captcha