IQNA

Fransanın İraqdakı səfiri Ərbəin yürüşündə iştirak edib

23:28 - September 17, 2022
Xəbər sayı: 3492938
Fransanın İraqdakı səfiri zəvvarlarla birlikdə Ərbəin yürüşündə iştirak edib. Ərbəin mərasimində iştirak edənləri tərifləyərək, bu hadisəni dünyanın ən böyük insan toplantısı kimi qiymətləndirib.

"İQNA", İraqın "Nun" xəbər agentliyinə istinadən xəbər verir ki, Fransanın İraqdakı səfiri Erik Şevalier İraqın Kərbəla və Bəsrə valilərinin müşayiəti ilə ötən gecə beynul-hərəmeyndə zəvvarlarla birlikdə Ərbəin yürüşündə iştirak edib.

Ərbəin ziyarətində milyonlarla insanın iştirakından təəccübləndiyini bildirən Fransa səfiri valilik və Kərbəla əhalisinin və xidmət çadırlarının zəvvarlara xidmətlərini yüksək qiymətləndirib.

Bundan sonra Fransa səfiri İmam Hüseyn hərəminin (ə) rəhbəri Əbdül-Mehdi Əl-Kərbəlayi ilə görüşüb.

O, bu görüşdə Ərbəin mərasimində iştirak edənləri tərifləyərək, bu hadisəni dünyanın ən böyük insan toplantısı kimi qiymətləndirib.

4086088

Ad:
E-poçt:
* Comment:
captcha