IQNA

Ərəbistan: "Dünya çempionatına gələn tamaşaçılar Ümrə edə bilərlər"

19:44 - October 15, 2022
Xəbər sayı: 3493085
2022-ci il Qətər Futbol Dünya Çempionatının "Həyya Card" sahibi olan tamaşaçıları Məkkə və Mədinəyə gedib Ümrə Həccini yerinə yetirə bilərlər.

"İQNA", xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının “Həyya” kartı olan tamaşaçılarına dünya çempionatı zamanı Məkkə və Mədinəyə gedib Həcc ziyarətini yerinə yetirmələrinə icazə verib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Viza Baş İdarəsinin baş direktoru Xalid Əl-Şəmri vizaların pulsuz olacağını bildirib. Səudiyyə Ərəbistanına noyabrın 11-dən dekabrın 18-dək daxil olmaq mümkündür.

"Həyya kart" 2022-ci ildə Qətər Dünya Çempionatı zamanı Qətərdə olmağınıza icazə verən rəqəmsal kartdır.

4091997

captcha