"İQNA", BƏƏ xəbər agentliyinə istinadən xəbər verir ki, 16-cı Əcman Qurani-Kərim Mükafatı Müsabiqəsində iştirak etmək üçün qeydiyyat cümə axşamı başlayıb və noyabrın 24-dək davam edəcək.
Təqvimə əsasən, bu müsabiqənin ilkin mərhələsi dekabrın 12-dək, final mərhələsi isə martın 3-də keçiriləcək. Bağlanış mərasimi və qaliblərin mükafatlandırılması qarşıdan gələn müqəddəs Ramazan ayında keçiriləcək.
Bu xəbəri Qurani-Kərim Mərkəzinin icraçı direktoru Məhəmməd Abdullah əl-Həmadi Həmid ibn Rəşid Əl-Nəimi açıqlayıb: "Bu müsabiqələr Qurani-Kərimin cəmiyyətin bütün təbəqələrində məqamını təbliğ etmək, cəmiyyət üzvləri arasında mərifətin yaradılmasında rolunu gücləndirmək və Birləşmiş Ərəb Əmirliklərində Quran əhlinə qiymət vermək məqsədilə keçirilir".
4095030