IQNA

Misirdə Quran dili barədə yarışlar keçiriləcək

11:44 - November 07, 2022
Xəbər sayı: 3493220
Misirin Vəqf Nazirliyi Qurani-Kərimin ifadə sirlərini və dil möcüzələrini bilmək üçün bir aylıq Quran dili müsabiqəsi keçirəcəyini açıqlayıb.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Misirin Vəqflər Nazirliyi bu ölkənin geniş ictimaiyyəti üçün “Qurani-Kərimin dili” milli müsabiqəsinin başlayacağını elan edib. Həmçinin bildirib ki, bu yarışlar bir ay ərzində hər gün keçiriləcək.

Misir Vəqflər Nazirliyinin bəyanatında bununla bağlı deyilir: "Vəqf Nazirliyinin Qurani-Kərimin dili olduğu üçün ərəb dilinə olan marağına uyğun olaraq, bu qurum Quranın dili adlı müsabiqəyə start verir. Bu nazirliyin internet saytına daxil olmaqla gündəlik və bir ay müddətində keçiriləcək.

Misir Vəqflər Nazirliyi əlavə edib ki, bu müsabiqədə hər gün təbəqələrdən və siniflərdən 10 qalib olacaq.

Misirin Vəqf Nazirliyi bu yarışların Qurani-Kərimdəki Quran ifadəsinin sirlərini və dil möcüzələrini bilmək məqsədi ilə keçirildiyini açıqlayıb.

4097403

captcha