IQNA

Kərbəladakı "Əz-Zəhra" Universitetində Quranı əzbərləmək üçün universitet planına start verilib

11:13 - December 10, 2022
Xəbər sayı: 3493389
Kərbəladakı “Əz-Zəhra” Qızlar Universitetində qızların Qurani-Kərimi əzbərləməsi üçün universitet proqramına start verilib.

"İQNA", İraqdan xəbər verir ki, bu layihə dünən, dekabrın 7-də İmam Hüseynin (ə) hərəminin Darul-Quranı və Kərbəlada "Əz-Zəhra" Qızlar Universitetinin birgə əməkdaşlığı ilə (çiçək ol) adı altında fəaliyyətə başlayıb.

İmam Hüseynin (ə) hərəminin Quran Media Mərkəzinin rəhbəri Kərrar Əl-Şəmri deyib: "Bu layihə Həzrət Fatimeyi-Zəhradan (s) nümunə götürərək və “Əz-Zəhra (s)” qızlar universitetinin binasında qadın Quran ustadlarının nəzarəti altında həyata keçirilir.

O əlavə edib ki, "çiçək ol" universitet layihəsi qız tələbələr tərəfindən Quranı tam hifz edənə qədər davam edir. Həftədə bir saat 5 gün həyata keçirilir. O, Quranın təfsiri və inkişafı sahəsində həmçinin səs, ton və təcvid qaydaları barədə müxtəlif dərs kurslarını əhatə edir.

İmam Hüseynin (ə) hərəminin Qadın Quran Fəaliyyətləri Birliyinin rəhbəri Əməll Əl-Mütəvvəri də deyib: "Bu universitet layihəsində İraqın ali təhsil və elmi araşdırmalar naziri Nəim Əl-Ubudi, İmam Hüseynin (ə) hərəminin şəriət məsələləri üzrə nümayəndəsi Şeyx Əbdül-Mehdi Əl-Kərbəlayi, iştirak edib. Həmçinin Kərbəla valisi Nəsif Casim Əl-Xəttabi, İmam Hüseynin (ə) hərəminin rəhbəri Hacı Həsən Rəşid Əbayci, bu hərəmin Darul-Quranının rəhbəri Seyyid Mürtəza Camaluddin və Kərbəlada "Əz-Zəhra" Qızlar Universitetinin müdiri Zeynəb Əl-Sultani bu layihənin açılışında iştirak ediblər.

4105512

captcha