IQNA

FİFA, islamofobiyaya qarşı çıxmaq üçün qola sarğı taxmağa icazə verməyib

15:24 - December 11, 2022
Xəbər sayı: 3493396
FİFA, islamofobiyaya qarşı çıxmaq üçün qola sarğı taxmağa icazə verməyib
Bəzi Qətər rəsmiləri Dünya Çempionatında iştirak edən bəzi müsəlman ölkələrinin islamofobiyaya qarşı mübarizə mövzusunda qol sarğılarından istifadə etmək istədiklərini açıqlayıb.

"İQNA", "Sky News"-a istinadən xəbər verir ki, bəzi Qətər rəsmiləri Dünya Çempionatında müsəlmanlara qarşı ayrı-seçkiliyə diqqəti artırmaq üçün qol sarğılarından istifadə etməyə çalışıblar.

Bununla bağlı yüksək rütbəli Qətər rəsmisi Sky News-a bildirib: "Turnir başlamazdan əvvəl Qətər və bəzi digər müsəlman komandalar, artan islamofobiya hərəkatı haqqında məlumatlılığı artırmaq üçün qol sarğılarından istifadə imkanını müzakirə ediblər. Amma təklifi FİFA-ya təqdim edəndə bu qurum bu tələbə qarşı çıxıb və belə sarğıya icazə verməyib".

4105993

captcha