IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 4

Allahın ədalətinə imanın təsirləri

11:16 - December 15, 2022
Xəbər sayı: 3493420
Allah ədalətlidir, bəs Allahın bu sifətinə inanıb inanmamağın həyatımızda hansı təsiri var?

Allahın ədalətinə inam müxtəlif yollarla insanın inkişafına qəribə təsir göstərir:

1_ Günahlara qarşı özünü idarə etmək baxımından. Əgər insan bilsə ki, onun sözləri və hərəkətləri izlənilir və hər yaxşı və pisin qarşılığını görəcək, bu dünyada özünü azad və qeyd-şərtsiz saymaz.

2_ Nikbinlik və ümidsizliyə qapılmaq. İlahi ədalətə inanan insan yaradılış sisteminə nikbin baxır. Dünyanın Allahını ədalətli hesab etdiyi üçün acı hadisələr belə onun üçün şirin olur və heç vaxt ruhdan düşmür, ümidsizliyə qapılmır.

3_ Fərdi və ictimai həyatda ədalətin bərqərar olması. Allahın ədalətinə inanan insan şəxsi və ictimai həyatında ədaləti qəbul etməyə hazırdır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri "Ədalət" kitabından götürülmüşdür.
captcha