IQNA

Quranda tövhid / 8

Məhəbbətin mənşəyi nədir?

21:15 - December 26, 2022
Xəbər sayı: 3493475
Əgər bir şəxsin məhəbbətini başqasının qəlbində yerləşdirmək üçün dünyanın bütün sərvətlərini xərcləsələr də bu, mümkün deyil. Çünki məhəbbət gözəllikdən yaranır.

 "İQNA", xəbər verir ki, müəllif və dini tədqiqatçı höccətül-islam vəl-müslimin Məhəmməd Əli Xosrəvi “Quranda tövhid” adlı səkkizinci mühazirəsində məhəbbətin mənşəyini açıqlayıb. Onun mətnini aşağıda oxuya bilərsiniz:

 Burada məhəbbətin nədən qaynaqlandığı sualına cavab verəcəm.

Məhəbbət məcburiyyətlə olmaz. Əgər bir şəxsin məhəbbətini başqasının qəlbində yerləşdirmək üçün dünyanın bütün sərvətlərini xərcləsələr də bu, mümkün deyil. Çünki məhəbbət gözəllikdən yaranır. İnsan gördüyü gözəl çiçəklə maraqlanır. İstər zahiri gözəllik olsun, istərsə də daxili gözəllik. İnsanda olan ədəb, elm, mərifət və kamillik kimi daxili gözəlliklər zahiri gözəllikdən qat-qat güclü cəlb edir.

Dünyada gözəl Camal Allahın zatına məxsusdur. Bütün gözəllik ondandır. Əgər pərdələr götürülsə və insan gözəlin gözəlliyini görsə, aşiq olar. Deməli, həqiqi sevgiliyə çatmaq üçün onun gözəlliyini görmək lazımdır. Onun gözəlliyinə gecə-gündüz, bütün dünyada və hər sahədə rast gəlmək olar. Sədinin dediyi kimi;

Ariflər dünyaya Tanrının təcəllisi kimi baxırdılar. Ona görə də bir küncdə gizlənməyə, ibadət etməyə ehtiyac görmürdülər. Dünya onların məbədidir və Quran da bu məqama işarə edir: “Hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır” (Bəqərə, 115).

Ümid olunur ki, qəflət pərdələrini aradan qaldıra bilək. Həmçinin Quran oxumaqla, yaradılışın gözəlliklərini görməklə Allaha daha çox ibadət edib Ona yaxınlaşacağıq.

3967086

captcha