IQNA

Quran məktəbi; “Tövbə” surəsində təfəkkür / 13

İslam cəmiyyətində münafiqin əlaməti

23:29 - January 02, 2023
Xəbər sayı: 3493510
İslam cəmiyyətində münafiq yalnız öz mənfəətini düşünür. Mənfəəti olanda İslam ümmətinin yanındadır, zərəri olanda isə ondan xəbər olmur.

İslam ümmətinin problemlərinin kökündə duran qruplardan biri də münafiqlərdir. "Tövbə" surəsinin 64-cü ayəsində buyurulur: “Münafiqlər ürəklərində olanı xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!”.

Münafiqlər əvvəldən İslam ümmətində öz məqsədlərini güdürlər. "(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə) bu istidə döyüşə çıxmayın! -Dedilər. (Ya Peyğəmbərim!) De Cəhənnəm odu daha istidir! Kaş biləydilər!" (Tövbə, 81). Bunlara müxəlləffun deyilir.

Onlar çox xoşbəxtdirlər ki, öz mənfəətlərini nəzərə alıblar. İslam ümmətinin vəziyyəti pis olanda yox, yaxşı olanda yanında olublar. Onlar bütün səhnələrdə iştirak edirdilər, amma can və mal verməli olduqları zaman, təəccüblü şəkildə orada olmurdular. Bu zamanlarda onların olmamalarına dair dəlilləri ondan ibarət idi ki, insan özünü təhlükəyə atmaz. İnsanın ağlı var və özünü müxtəlif təhlükələrə atmaz. Allah da buyurur: “Kaş biləydilər!” (81). “Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb, çox ağlasınlar!”(82). Bundan sonra az gülün və çox ağlayın.

Üzrlü olanlar, Peyğəmbərin (s) hüzuruna gəldikdə, Quranda buyurulduğu kimidir: “Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadangəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!” (ayə 91). Onlar xeyirxahlıqdan və gəlməkləri ilə Peyğəmbərə (s) yük olmaq istəmirlər.

107-ci ayədə münafiqlərdən daha təhlükəli olan başqa bir qrup təqdim olunur: "(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və “biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”, -deyə and içənlərin (münafiqlərin), həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!".

  Bu qrup çox mürəkkəb bir iş görür. Münafiqlər pis işlərə əmr edirdilərsə də, məscid tikirdilər. Amma məscidi möminləri parçalamaq üçün tikiblər. Bunlar ya inkişaf etmiş münafiqlərdir, ya da yeni bir qrupdur.

Bədənə hansı virus və bakteriyalar daxil olursa, orqanizm onun xarici düşmən olduğunu anlayır; Çünki onun DNT strukturu bədən hüceyrələri ilə tanış deyil. Viruslar və bakteriyalar belədir. Bəs xərçəng niyə bu qədər qorxuncdur? Çünki hüceyrə özü bədəndir və orqanizm onun düşmən olduğunu başa düşmür. Bu sonuncu qrup xərçəng kimidir. Məsciddən təfriqə salmaq istifadə edirlər. Dini hakimiyyətə qarşı mübarizə aparmaq üçün oranı sığınacağa çevirirlər. 4093978

captcha