IQNA

İslam dünyasının məşhur alimləri / 14

“Məbahisun fit-Təfsiril-Mövzui” kitabı

16:58 - January 03, 2023
Xəbər sayı: 3493512
“Məbahisun fit-Təfsiril-Mövzui” kitabı Şeyx Mustafa Müslimin mühüm əsərlərindəndir. O, Tematik təfsir adlı Quranın təfsir üsullarından biri barədə mətləbləri bəyan edir.

"İQNA", xəbər verir ki, Mustafa Müslim Məhəmməd (1940 - 2021) Quran təfsiri sahəsində Suriyanın görkəmli alimlərindən biri olub. Onun müxtəlif mövzularda 90-a yaxın elmi əsəri var. O cümlədən, Quran mövzularında “Məbahisun fit-Təfsiril-Mövzui” kitabı var. Bu, Qurani-Kərimin tematik təfsir üsulu ilə hazırlanmış ilk təfsir ensiklopediyasıdır.

Mövzu əsasında olan təfsir ortaq mövzu və ya məzmun daşıyan ayələr əssında mövzunun ifadə üsuludur.

Bu üsulda təfsirçi bir mövzu ilə bağlı müxtəlif ayələri yan-yana qoyur və onları ümumiləşdirib təhlil edərək Quranın bu barədə nəzərini müəyyən edir.

Bu 10 cildlik toplunu tərtib etmək üçün ustad Mustafa Müslim əvvəlcə surələrin tematik vəhdət nəzəriyyəsini irəli sürmüş və onu universitetlərdə fərdi şəkildə tədris etmişdir. Sonra o, BƏƏ-nin Şarcə Universitetində bunu müzakirə etdi. Müxtəlif ölkələrdən xeyli sayda Quran elmləri ustadlarını dəvət etdi. Həmin ustadlar 2004-cü ildə iş planını tərtib edib, onun əsasında müzakirələr və araşdırmalar aparıblar. Bəziləri bu nəzəriyyəyə yaxınlaşıb qane olmadılar. Bəziləri isə müzakirənin ortasında işi tərk etdilər.

Sonda 30 ustad Qurandan bir neçə surə götürdü və Mustafa Müslimin nəzarəti ilə Quranı əvvəldən axıra qədər bütünlüklə təfsir etdilər və kitab 10 cilddə nəşr olundu.

Bu kitabda ilk öncə Qurani-Kərimin tematik təfsirinin tərifi, mənşəyi, inkişafı, növləri və əhəmiyyətindən bəhs edilir. Müəllif bu cür təfsirlərin mənşəyini Həzrət Peyğəmbərin (s) dövründən məşhurlaşan “Quranı Quran ilə təfsir etmək”də blir. Lakin “tematik təfsir” termini 14-cü əsrdə məşhurlaşan təfsirdir.

“Məbahisun fit-Təfsiril-Mövzui” kitabının müəllifin müqəddiməsi, beş hissəsi və son nəticəsi var:

Birinci hissə: Təfsir elminin tarixi axını və Quranın tematik təfsirinin yeri, bu təfsirin növləri və əhəmiyyəti haqqında müqəddimə və başlıqlardan ibarətdir.

 İkinci hissə: Tematik təfsirdə tədqiqat metodlarını əhatə edir: "Quran ayələri arasında araşdırma üsulu, surədən araşdırma üsulu, surənin tematik təfsiri və mövzu əsasında olan təfsirin digər təfsir növləri ilə əlaqəsi kimi başlıqlar var.

Üçüncü hissədə nazil olma səbəbinin tərifi və tematik təfsirdən bəhs olunur. Burada nazil olma səbəbi elminin tərifi, əhəmiyyəti və bu sahədəki mühüm əsərlərin tanıtdırılması var.

Dördüncü hissədə oxucu Qurani-Kərimdən bir mövzu haqqında müqayisəli nümunə ilə tanış olacaq ki, bu da Qurani-Kərimin ayələrinin arxasında duran ilahilikdir.

Beşinci hissədə, həmçinin Mübarək "Kəhf" surəsindəki dəyərlərin tematik təfsirinin müqayisəli nümunəsindən bəhs edilir. Ayələrin siyahısı, hədislər, əsərlər, adlar, mənbələr və kitabın mətləbləri də kitabın sonunda verilmişdir.

captcha