IQNA

29-cu Beynəlxalq Misir Quran Müsabiqəsi fevral ayında keçiriləcək

23:15 - January 09, 2023
Xəbər sayı: 3493542
Misir Vəqflər Nazirliyinin rəsmi sözçüsü Abdullah Həsən Əbdül-Qavi cari ilin fevral ayında bu ölkədə 29-cu beynəlxalq Quran müsabiqəsinin keçiriləcəyini açıqlayıb.

"İQNA", "Əl-Bəvaba News"-a istinadən xəbər verir ki, bu yarışlar Misir prezidenti Əbdül-Fəttah Əs-Sisinin nəzarəti altında 5 gün ərzində fevral ayının 4-dən 9-dək Qahirədə keçiriləcək. İştirakçılar səkkiz fənn üzrə bir-biri ilə yarışacaqlar.

45 yaşdan aşağı yaş qrupu (qadınlar və kişilər) Qurani-Kərimi əzbərləmək və ayələrin ümumi anlayış və məqsədlərini başa düşmək sahəsində yarışacaqlar.

Quran surələrinin ümumi məna və məqsədlərini dərk edərək onu əzbərləmək 35 yaşdan aşağı olan əlillər və zəiflər üçün də 29-cu Beynəlxalq Misir Quran Müsabiqəsinin digər fənləri arasında olacaq.

15 yaş və ondan aşağı yaş qrupu da öz qruplarında sözləri başa düşmək və 30-cu cüzü təfsir etməklə Quranı əzbərləmək sahəsində bir-biri ilə yarışacaq.

4113151

captcha