IQNA

Misirin vəqflər idarəsinin Quran məktəblərinin dirçəldilməsi üçün proqramı

23:42 - February 05, 2023
Xəbər sayı: 3493663
Misirin Vəqflər Nazirliyi bu ölkədə Quran məktəblərinin dirçəldilməsi, qorunub saxlanılması və müasirləşdirilməsi üçün müxtəlif proqramların qəbul edildiyini açıqlayıb.

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyinin sözçüsü Abdullah Həsən bu ölkədə Quran məktəblərinin statusunu saxlamaq və inkişaf etdirmək üçün geniş planların işlənib hazırlandığını açıqlayıb.

Onun sözlərinə görə, bu proqramlar 2015-ci ildə başlayıb. Onun mühüm hissəsi Quran məktəbləri açmaq, bu məktəblərdə müəllimlərin maaşlarını artırmaq və Əl-Əzhər məzunları və Əl-Əzhər tərəfindən təsdiqlənmiş hafizlərə üstünlük verilməsi olub.

Onun sözlərinə görə, əvvəllər bəzi Quran məktəbləri ekstremist qruplar tərəfindən ekstremizm və terror ideyalarının yayılması üçün istifadə olunub. Ona görə də Vəqflər Nazirliyi ekstremizmin mənbələrini qurutmaq qərarına gəlib.

Misirin Vəqflər Nazirliyi də Quran məktəbləri müəllimlərinin ixtisaslarını təsdiqləmək üçün testlər keçirib. Müəllimlər bu məktəblərdə Qurani-Kərimi yalnız Vəqf Nazirliyinin Quran İşləri İdarəsinin imtahanından keçdikdən sonra dərs deyə bilərlər.

Bu nazirlik həmçinin Quran məktəblərinin açılmasını istəyən imam və təhsil müəssisələrinin məzunlarını və Qurani-Kərim qarilərini bu məktəblərin yaradılmasına icazə almaq üçün Vəqflər Nazirliyinə müraciət etməyə dəvət edib.

4119848

captcha