IQNA

Nimeyi-Şəban gecəsi beynul-hərəmeyndə zəvvarların möhtəşəm iştirakı

13:24 - March 08, 2023
Xəbər sayı: 3493815
Bəşəriyyətin xilaskarı İmam Zamanın (ə.f) mövludu gecəsində Kərbəlada Beynul-həqəmeynlə İmam Zamanın (ə.f) məqamı arasında milyonlarla Əhli-Beyt (ə) aşiqi iştirak edib.

"İQNA", "Əl-Fərat News"-a istinadən xəbər verir ki, İraqın müxtəlif əyalətlərindən, ərəb və islam ölkələrindən olan yüz minlərlə zəvvar Nimeyi-Şəban gecəsi Kərbəlada İmam Hüseyn (ə), Əbülfəzl Abbas (ə) hərəmlərini və İmam Zamanın (ə.f) məqamını ziyarət edib. Onlar İmam Zamanın (ə.f) mövludunu bayram keçiriblər.

İmam Hüseynin (ə) zəvvarları bu müqəddəs məkanlarda dualar oxuyub ziyarət ediblər. Onlar həmçinin İmam Zamanın (ə.f) yaşının sayı qədər şam yandırıblar.

 İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani çərşənbə günü səhər erkən saatlarında Kərbəlaya gəlib və Kərbəla vilayətində Nimeyi-Şəban mərasiminin zəvvarlarına xidmət etmək üçün hazırlanmış təhlükəsizlik və xidmət proqramı ilə bağlı məlumat əldə edib.

4126920

captcha