IQNA

BMT-nin iclasında İslamda qadınların kimliyinin araşdırılması

21:43 - March 08, 2023
Xəbər sayı: 3493816
Pakistanın təşəbbüsü ilə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında İslam dinində qadın kimliyi mövzusunda konfrans keçiriləcək.

"İQNA", "Radio Pakistan"-a istinadən xəbər verir ki, Pakistan, İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının rəhbəri kimi çərşənbə günü Nyu-Yorkda “İslamda qadınlar: İslam dünyasında qadınların hüquqlarını və kimliyini anlamaq” mövzusunda bir günlük konfrans keçirəcək.

Bu konfrans BMT-nin qərargahında Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti Komissiyasının 67-ci iclası çərçivəsində keçiriləcək.

Konfrans İslamda qadınların vəziyyəti ilə bağlı idrak və reallıq arasında uçurumu aradan qaldırmaq cəhdi kimi Pakistanın xarici işlər naziri Bilawal Bhutto Zardarinin təşəbbüsüdür.

BMT-nin Qadınlar üzrə 67-ci Komissiyası bazar ertəsi bu beynəlxalq təşkilatın Nyu-Yorkdakı qərargahında öz işinə başlayıb.

4126656

captcha