İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bu barədə deyib: 11 əyalətdən 5-də dəymiş ziyanın qiymətləndirilməsinin başa çatmasından sonra məlum olub ki, 1 milyon 706 min bina dağılıb, dağılmaq ərəfəsində və ya orta dağılma dərəcəsində olan binalar isə 821 min 302 binadır.
Daha əvvəl Türkiyənin şəhərsalma naziri bildirib ki, dağıdıcı zəlzələlərin qurbanlarının sayı 48 min nəfərə çatıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib və ciddi dağıntılara səbəb olub.