IQNA

Ərəb qadın tarixdə ilk dəfə kosmosa yollanacaq

12:55 - March 12, 2023
Xəbər sayı: 3493835
Tezliklə Səudiyyə ərəbistanılı ilk qadın tarixdə ilk dəfə olaraq kosmosa gedəcək.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, iki ərəb astronavt “Axiom-2” missiyası tərkibində Beynəlxalq Kosmik Stansiyasına (BKS) yollanacaq. Missiya may ayında Floridadakı (ABŞ) Kennedi adına kosmodromdan start götürəcək.

Missiyada ümumilikdə 4 nəfər iştirak edəcək.

Əli əl-Qərni və Rəyyanə Bərnəvi – təxminən 40 ildən sonra BKS-a gedəcək ilk səudiyyəlilər olacaqlar.

Onlar “Axiom Space” şirkətinin özəl missiyasını yerinə yetirəcəklər.

Maraqlıdır ki, Rəyyanə Bərnəvi biotibbi elmlər magistridir və Yeni Zelandiyada təhsil alıb.

Əli əl-Qərni isə aerokosmik sahə üzrə mütəxəssisdir və həmçinin 12 illik təcrübəsi olan qırıcı pilotudur.

Xatırladaq ki, 1985-ci ildə səudiyyəli şahzadə Sultan bin Salman kosmosa səfər etmiş ilk ərəb olmuşdu.

captcha