IQNA

Avstraliyalı hicablı idmançının özünə inamı, dünyada müsəlman qadınları üçün nümunədir

11:11 - March 22, 2023
Xəbər sayı: 3493897
Avstraliya millisinin hicablı boksçusu ümid etdiyini bildirib ki, başqa ölkələrdəki hicablı qadınlar hicablarını qoruyaraq arzularına çatmaq üçün səy göstərə bilərlər.

"İQNA", "Indian Express"-ə istinadən xəbər verir ki, Ötən il Avstraliya yığmasının İran əsilli boksçusu Tina Rəhimi Birlik Oyunlarında 57 kq çəki dərəcəsində Avstraliyanı təmsil edə bilmiş və üçüncü yeri tutmuşdur. Uğur qazanmaq üçün keçdiyi yol bütün dünyada gənc müsəlman qadınlar üçün uğurlu bir nümunə oldu.

2022-ci il Tina Rəhimi üçün ilklər ili oldu. O, Birlik Oyunlarında Avstraliyanı idman tədbirində təmsil edən ilk müsəlman qadın boksçu idi. Həm də bu yarışlarda ilk dəfə idi ki, baş örtülü boksçu iştirak edirdi.

Deyir: Məndən hicab haqda tez-tez soruşurlar; Maraqdan olanda eybi yoxdur, bilirəm ki, tipik bir boksçu deyiləm; Bəzən bəzi şübhələrim olur ki, insanlar məni yalnız görünüşümə görə mühakimə edə bilərlər; Geyinməyimə görə məni bəyənməyə bilərlər; Bəzən qorxuram ki, bəzi hakimlər görünüşümə görə məni bəyənməyəcəklər və buna görə qərarlar mənim əleyhimə çıxa bilər.

Şübhələrə baxmayaraq, Rəhimi hesab edir ki, hicabına görə kiminsə onunla fərqli davrandığını düşünməyə heç vaxt əsas olmayıb; Sidneydə yaşayan bu boksçu iranlı ailədə böyüyüb və atası Avstraliyada güləşçi olub. Buna görə də, onu həmişə evdə idmanla məşğul olmağa təşviq edirdilər, lakin çox az adam onun boksu seçəcəyini təxmin edərdi.

4129262

 

captcha