IQNA

"İnnə lil-mütəqinə məfazə" beynəlxalq Quran müsabiqəsinə start verilir

11:50 - March 22, 2023
Xəbər sayı: 3493899
Çərşənbə günü dünyanın müxtəlif ölkələrindən olan qarilərin iştirakı ilə 16-cı "İnnə lil-müttəqinin məfazə" beynəlxalq Quran qiraəti müsabiqəsinə start verilir.

"İQNA", "Əl-Kövsər"- şəbəkəsinə istinadən xəbər verir ki, çərşənbə günündən etibarən 16-cı "İnnə lil-müttəqəin məfazə" beynəlxalq Quran müsabiqəsi başlayır. Bu yarışlar müqəddəs Ramazan ayı münasibətilə Əl-Kövsər telekanalının təşkilatçılığı ilə keçirilir. Builki müsabiqədə İran, Pakistan, İraq, İraq, Əfqanıstan, Misir, Hindistan, İndoneziya, Mərakeş, Əlcəzair və Livan kimi dünyanın müxtəlif ölkələrindən 36 qari iştirak edəcək.

Xatırlanır ki, Rəcəb ayının 13-də Əmirəl-möminin Həzrət Əlinin (ə) mövludu ilə eyni vaxtda "İnnə lil-muttəqinə məfazə" adlı 16-cı Quran müsabiqəsinin qeydiyyatı başlayıb  və Şəban ayının on beşinə təsadüf edən Sahibəz-Zaman İmam Mehdinin (ə) mövludunun ildönümündə başa çatıb.

Maraqlananlar bölmələrdən birindən (Ənam surəsinin 161-dən 165-ə qədər və ya Əraf surəsinin 142-dən 144-ə qədər və ya Hud surəsinin 110-dan 115-ə qədər olan ayələri) audio və ya video qiraətlərini 2-3 dəqiqə ərzində müsabiqə katibliyinə göndərdilər. Bundan sonra iştirakçılar tərəfindən təqdim olunan qiraətlər qiymətləndiriləcək və ən yaxşı qiraətlər müqəddəs Ramazan ayının ilk 24 gecəsində müsabiqənin ilkin mərhələlərində iştirak edəcək. Ən yaxşı 24 qiraət yarımfinal mərhələsinə, nəhayət, seçilmiş beş qari isə Fitr bayramı gecəsi final mərhələsində iştirak edəcək.

Bu Quran yarışlarını Əl-Kövsər peyk şəbəkəsinin saytından və ya bu şəbəkə ilə əlaqəli onlayn səhifələrdən izləyə bilərsiniz.

4129364

captcha