IQNA

Britaniyada polis üçün xüsusi hicab dizayn edilib

5:44 - March 26, 2023
Xəbər sayı: 3493914
Təxminən 18 aydan sonra Bredford şəhərindəki bir ingilis şirkəti müsəlman qadınların polisdə istifadəsi üçün münasib örtük hazırladı.

"İQNA", "The Telegraph And Argus"-a istinadən xəbər verir ki, bu hicabı Bredforddan olan 39 yaşlı Naziyə Nəzir hazırlayıb. Nəzir 5 il əvvəl "Parda Paradise" onlayn şirkətini yaradıb.

Nəzirin bu örtüyü tərtib etməsinə səbəb Şimali Yorkşir polisinin zəng etməsi olub. O, bu zəngində ondan müsəlman hicablı qadın polislər üçün paltar hazırlamasını istəyib.

Naziyə deyib: "Bizdən polis üçün örtük hazırlamağımızı istəmələri üçün çox xoşbəxtik. Mən özüm hicab geyinirəm və bu paltarı dizayn etmək üçün ictimaiyyətin mənə etimad göstərməsindən məmnunam və hiss edirəm ki, lazım olan xidməti göstərmişəm. Döyüş zamanı boğulma ehtimalı olduğu üçün bu örtük çoxlu sınaqlardan keçməli oldu".

Bu polis forması elə tikilib ki, içində sancaqlar olmasın. Bunun əvəzinə düymələr onu təhlükəsiz saxlayır və sürüşməsinin qarşısını alır. Həmçinin bu örtük müxtəlif baş ölçülərinə uyğun olaraq tənzimlənə bilər.

Orduda işləyən müsəlman qadınların polis hicabından istifadə etməsi bütün Britaniyada yayılıb və digər şirkətlər də müsəlman işçiləri üçün xüsusi örtüklər təmin etməkdə maraqlıdırlar.

4129825

captcha