IQNA

Orucluq ayının 20 adı ilə tanış olaq

14:11 - March 27, 2023
Xəbər sayı: 3493922
Mübarək Ramazan ayının məsum rəhbərlərin nurlu sözlərində çoxlu adları var ki, hər biri bu ayın bir sahəsini ifadə edir. Rəvayətlərə görə, Ramazan Allahın adlarından biridir.

Mötəbər "Kənzul-Məram fi əmali şəhris-siyam" kitabında mübarək Ramazan ayı barədə məsumlardan müxtəlif adlar və təbirlər qeyd edilmişdir ki, onlardan bəzilərini aşağıda nəzərdən keçirəcəyik.

1_ Bu ayın adlarından biri də “Ramazan”dır.

Ərəbcə "Ramazan" sözü "rəməzə" kökündən gəlir və günəş işığından səhra qumlarının əriməsi deməkdir.

Ramazan ayında möminlərin qəlbinə ilahi mərifət və məhəbbət nuru saçır. İlahi nurlara bağlı şüalar o qəlblərdə günəş şüaları kimi təsir yaradır. Bu qəlblər Allahı zikr etmək və Ondan uzaq olmaq qorxusu ilə isinir, bədənlər ibadətlə isinir, uzun günlərdə susuzluq və aclıq hərarəti də buna əlavə olunur.

Ramazan ayında Allahın rəhmət yağışı möminlərin qəlbini sulandırdığı, bəndələrin qəlbini günahların çirkabından təmizlədiyi üçün “Ramazan”ın başqa bir mənası quru yerə yağan payız yağışıdır.

2_ Ramazan ayının digər adı “Mizmar”dir. Mizmar lüğətdə yarış atının qırx gün ərzində xüsusi üsulla öyrədilməsi və onun yarışa hazırlanması üçün xüsusi üsulla yetişdirilməsi deməkdir. Bu müəyyən edilmiş müddətə “Mizmar” deyilir.

Ramazan ayının təlim məktəbində oruc tutanlar bir ay ərzində çətinlik çəkirlər və özlərini rəqabət meydanına çıxmağa, Allaha bəndəlik sahəsində başqalarından üstün olmağa hazırlayırlar. Bu barədə İmam Hüseyn (ə) buyurur:

«إنّ اللّه عزّ وجلّ جعل شهر رمضان مضمارا لخلقه یستبقون فیه بطاعته إلی رضوانه، فسبق فیه قوم ففازوا، وتخلّف آخرون فخابوا»

"Allah Ramazan ayını bəndələrinin Ona itaət edərək Cənnətə doğru irəliləmələri üçün “yarış” ayı qərar vermişdir. Bir dəstə onda üstün olub səadətə nail oldu, bir dəstə də bunda həddi aşdı və ziyana uğradı".

3_ Ramazan ayının başqa bir adı “Şəhrullah”dır ki, bu da Allahın ayı deməkdir. Necə ki, Həzrət Peyğəmbər (s) Ramazan ayı ərəfəsində məşhur xütbəsində belə buyurmuşdur:

«یا أیّها النّاس قد أقبل علیکم شهراللّه بالبرکة والرّحمة والمغفرة»

Ey insanlar, Allahın ayı sizə bərəkət, rəhmət və məğfirətlə üz tutdu".

4_ Şəhrus-Siyam; oruc ayı

5_ Şəhrul-İslam; İslam ayı

6_ Şəhrut-Tuhur; Təmizlik ayı.

7_ Şəhrut-Təmhis; Saflanma və paklanma ayı.

8_ Şəhrul-Qiyam; Gecə qalxıb ibadət etmək ayı.

İmam Səccad (ə) Ramazan ayı başlayanda oxuduğu məşhur duasında bu beş adı Ramazan ayına aid etmişdir.

Bu ayda Allahın bəndələri oruc tutmaqla nəfslərini islah edir, günahlardan və əxlaqi pisliklərdən təmizlənirlər.

9_ Şəhrul-Bərəkət; Bərəkət ayı

10_ Şəhrul-İnabə; Allaha dönüş ayı.

11_ Şəhrut-Yövbə; Tövbə ayı.

12_ Şəhrul-Məğfrə; Bağışlanma ayı.

13 və 14- Şəhrül-itq minən-nar, Vəl-Fəvz bil-cənnət; Cəhənnəm odundan qurtulma və cənnətə çatma ayı.

Bu altı ad İslam Peyğəmbəri (s) tərəfindən müqəddəs Ramazan ayına şamil edilmişdir.

15_ Şəhrus-Savab; Savab ayı

16_Şəhrur-Rəca; Ümid və arzu ayı.

Bu iki ad Ramazan ayının dördüncü gecəsinin duasında Peyğəmbəri-Əkrəmin (s) tərəfindən  zikr edilmişdir.

17_ Şəhrus-Səbr; Səbr ayı

18_ Şəhrul-Muvasat; İman qardaşları ilə Muvasat (bir-birinə kömək etmək və şəfqət) ayı

Bu iki ad Həzrət Peyğəmbərin (s) Şəban ayının son cümə günü söylədiyi məşhur xütbəsində qeyd olunub.

19_ Şəhrur-Rəhmət; Rəhmət ayı

20_ Seyyiduş-Şuhur; Ayların sərvəri.

Bu iki ad da Peyğəmbərin (s) hədislərində bəyan edilmişdir.

3893841

captcha