IQNA

ABŞ Konqresində islamofobiya əleyhinə qanun təklifi

5:39 - March 28, 2023
Xəbər sayı: 3493924
Amerika Konqresinin müsəlman nümayəndəsi Konqresdə islamofobiya ilə mübarizə üçün yeni plan təklifini açıqlayıb.

"İQNA", Avrasiya Delhi saytına istinadən xəbər verir ki, ABŞ-ın müsəlman nümayəndəsi İlhan Ömər Nümayəndələr Palatasında İslamofobiya və müsəlmanlara qarşı nifrətlə mübarizəyə dair yeni planın təqdimatını Nümayəndələr Palatasında nəzərdən keçirmək və səsverməyə çıxarmaq üçün açıqlayıb.

Bu millət vəkili Konqres binası qarşısında keçirdiyi mətbuat konfransında deyib: "Mübarək Ramazan ayının başlaması ilə bir daha qeyd etməliyik ki, müxtəlif dinlərə mənsub insanların qorxmadan ibadət etmək hüququ olmalıdır".

İlhan Ömər izah etdi ki, bu yeni plan 2019-cu ilin mart ayının ortalarında Yeni Zelandiyanın Kraystçörç məscidinə silahlı şəxs tərəfindən 51 nəfərin ölümü ilə nəticələnən hücumun dördüncü ildönümü münasibətilə təqdim edilib.

İlhan Ömərin Konqresin saytındakı səhifəsinə görə, bu plan Nümayəndələr Palatasında Demokrat Partiyasının digər 20 nümayəndəsinin nəzarəti altında təqdim olunacaq.

4130174

captcha