IQNA

Müəllimlərə hicab taxmağa icazə verildi

0:00 - April 01, 2023
Xəbər sayı: 3493936
Almaniyada müsəlman xanım müəllimlərə hicab taxmağa icazə veriləcək.

Müəllimlərə hicab taxmağa icazə verildiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, bu, 18 ildən çox davam edən qadağadan sonra atılmış bir addımdır.

Berlinin Təhsil Nazirliyi məktəb direktorlarına ünvanladığı rəsmi məktubda bəyan edib ki, müəllimlər tərəfindən yaylıq və dini simvollardan istifadəyə icazə veriləcək.

Qeyd edək ki, 2005-ci ildən, Berlin qanunvericiliyinə əsasən, müəllimlərə hicab taxmaq qadağan edilmişdi. Lakin son illərdə bununla bağlı bir neçə qərar qəbul edilib və bildirilib ki, qadınlara başlarını örtməyi qadağan etmək diskriminasiyadır və din azadlığı qanunu pozur.

captcha