"İQNA", xəbər verir ki, , İran İslam Cümhuriyyətinin Prezidenti Höccətül-islam vəl-müslimin Seyyid İbrahim Rəisi 30-cu Beynəlxalq Qurani-Kərim sərgisinin və Quran xidmətçilərinin təqdir olunma mərasiminin açılışından qabaq sərginin müxtəlif hissələrini ziyarət edib.
Bu səfər zamanı hörmətli prezidentə İranın müxtəlif ictimai və dövlət sektorlarında Qurani-Kərimin ən son nailiyyətləri barədə məlumat verilib.
Bu səfərdə prezident aparatının rəhbəri Qulamhüseyn İsmaili, mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili və Quran sərgisinin müxtəlif bölmələrinin rəhbərlərindən ibarət bir qrup iştirak edib.
Ayələr bölməsi, Quran yenilikləri və bilik bölməsi, Nəhcül-bəlağə bölməsi, qeyri-hökumət təşkilatları bölməsi, dövlət qurumları və təşkilatları bölməsi və s. prezidentin ziyarət etdiyi bölmələr arasında olub.
30-cu beynəlxalq Qurani-Kərim sərgisi aprelin 1-dən 15-dək İmam Xomeyni (rəh) müsəllasında 75 min kvadratmetr ərazidə və 49 bölmə və komitədə keçiriləcək. Bu sərginin ziyarət vaxtı 17:00-dan 24:00-a kimi olacaq.
4130894