"İQNA", xəbər verir ki, İordaniyada keçirilən 30-cu Beynəlxalq Quran müsabiqəsi müxtəlif ölkələrdən olan nümayəndələrin iştirakı ilə kişilər bölməsində keçirilir.
Bu yarışmada Xuzistan əyalətindən Əlirza Samiri Qurani-Kərimi bütünlüklə əzbərləmək sahəsində İran İslam Cümhuriyyətinin nümayəndəsi kimi Əmman şəhərinə göndərilib.
Bu tədbir mübarək Ramazan ayının 20-dən başlayıb və mübarək ayın 26-na qədər davam edib.
Cümə axşamı, aprelin 13-də İran İslam Cümhuriyyətinin nümayəndəsi öz qiraətini 10 dəqiqədən çox icra edib və hakimlərin beş sualını cavablandırıb.
4134537