IQNA

BƏƏ-də Quran təfsiri ensiklopediyasının birinci cildi çap olunub

12:03 - April 28, 2023
Xəbər sayı: 3494088
Qurani-Kərimin ritorik təfsiri ensiklopediyasının birinci cildi BƏƏ-nin Şarcə Qurani-Kərim Assambleyası tərəfindən nəşr edilib.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Şarcədə yerləşən Qurani-Kərim Mərkəzi bu ritorik təfsir ensiklopediyasının birinci cildini nəşr etdi ki, bu mərkəzin Qurani-Kərim haqqında elmləri genişləndirmək planlarından biridir.

Bu ensiklopediya Qurani-Kərim Mərkəzinin Quran elmləri haqqında göstərdiyi səylərin ən yüksək nöqtələrindən biri kimi təsvir edilmişdir.

Tədqiqat metodu baxımından ritorik təfsir ensiklopediyası unikal və innovativ yanaşma ilə məlumatın sadələşdirilməsi metoduna əsaslanır. Bu, onun orijinallığın, məzmunun düzgün təqdim edilməsinin və təkrarlanmamanın birləşməsidir. Bu əsəri dünyada ritorik təfsir sahəsində bu tipli ilk ensiklopediya hesab etmək olar.

Qurani-Kərimin ritorik təfsiri ensiklopediyası Qurani-Kərim Mərkəzinin tədqiqat və araşdırmalar şöbəsində bir illik yorulmaz işin nəticəsidir. Bu əsərin tərtib edilməsində tərcümə, dil və ritorika sahəsində 33 mütəxəssis iştirak etmişdir. Bu nadir əsər 6 Quran bölməsi və 9 cilddə toplanıb.

Quranın Ritorik Təfsir Ensiklopediyasının 7200-dən çox səhifəsi var. O, Qurani-Kərimdə 10 000-dən çox başlıq və ritorik qeydləri əhatə edir.

4136943

captcha