IQNA

Nəhcül-bəlağə"dən seçmələr / 31

Həzrət Əmirin (ə) kəlamında elmin xüsusi yeri

9:42 - May 16, 2023
Xəbər sayı: 3494179
Din sahəsi üzrə sosioloq və tədqiqatçı Nəhcəl-bəlağənin 205-ci hikmətli sözünə istinad edərək, Əmirəl-möminin Əlinin (ə) nəzərindən elmin əhəmiyyəti məsələsinə toxunub.

 Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, Əmirəl-möminin Əlinin (ə) “Nəhcəl-bəlağə”yə istinad edərək, elmin əhəmiyyəti haqqında danışıb. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz:

Bu mövzu üçün seçdiyim son hikmətli söz Əmirəl-möminin Əlinin (ə) Nəhcül-bəlağədəki 205-ci hikmətli sözüdür. Dəfələrlə fikirləşirdim ki, insan nə üçün oxuduqca az bilir? Bu mənim üçün bir problem idi, niyə daha çox bilik əldə etmək üçün oxuduqca daha çox sual yaranır? Ta ki, Nəhcül-bəlağədə Həzrət Əmirin (ə) bu hikmətli sözü ilə qarşılaşdım və susuzluğum müəyyən qədər səngidi.

İmam Əli (ə) bu məzmunda buyurur: “Hər qab bir şey tökməklə dolur, elm qabından başqa, nə qədər çox qoysan, o qədər genişlənir.” Bu o deməkdir ki, bilik və elm qabı dolan deyil, amma maraqlısı odur ki, onun əhatə dairəsini artırmaq üçün içinə nəsə qoymaq lazımdır, yəni bir şey qoymursansa, nə qədər geniş olduğu bilinmir. Burada incə məqam ondan ibarətdir ki, biliklərimizi artırmaq üçün daha çox oxuyub çox düşünməliyik. Daha çox oxuduqca biliklərimiz genişlənir və qarşımızda yeni suallar yaranır; Çünki elm qabı dolan deyil. İnsan həyatının son anlarına qədər öz öyrənməsinə, biliyinə və buna uyğun olaraq baxış və əməlinə əlavə etməlidir.

3971080

captcha