IQNA

Çikaqonun yeni merinin andiçmə mərasimində Quran tilavəti

12:20 - May 19, 2023
Xəbər sayı: 3494190
Çikaqonun yeni meri Brendon Consonun andiçmə mərasimi ilk dəfə olaraq Qurani-Kərimdən bir neçə ayə oxunması ilə müşayiət olunub.

"İQNA", "Əl-Misri Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Çikaqonun yeni meri Brandon Consonun andiçmə mərasimi ilk dəfə Qurani-Kərimdən ayələrin oxunması ilə müşayiət olunub.

Əl-Əzhər təşkilatının nümayəndəsi və Çikaqoda yerləşən Məkkə İslam Mərkəzinin direktoru Şeyx Həsən Əli bu mərasimdə Qurani-Kərimdən bir neçə ayə tilavət etdi. Həmçinin sonra İslamda və bütün dinlədə ədalət, sülh və bərabərliyin əhəmiyyəti haqqında qısa çıxış etdi. Bu çıxış Çikaqonun yeni merinin çıxışından əvvəl olub.

Açılış mərasimində şəhər şurasının bütün üzvləri və İllinoys ştatının məhkəmə, qanunverici və icra orqanlarının üzvləri iştirak edirdilər. Andiçmə Baş hakim, ştatın baş prokuroru, federal hökumət üzvləri və inzibati və vergi qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilib.

4141625

captcha