
Yaşadığımız dünya tələsmək və sürətlə doludur. Bu tələsmək bütün həyatımızı o qədər məşğul edib ki, bir anlıq düşünə bilərik ki, bütün bu səy və bütün bu təskənlik hansı məqsəd və hansı hədəfə doğrudur?
Bu suala cavab verməsək, bu səhlənkarlığı davam etdirsək, davranışlarımız, hərəkətlərimiz getdikcə mənasızlaşacaq və bu puçluq bütün həyatımızı bürüyəcək.
Xoşbəxtliyə gedən yolda yarış!
Quran ayələri insanlara “Tələsin!” deyir. Həmçinin o, xeyirxah insanların səylərini mənəvi bir yarışa bənzədiir ki, onun son məqsədi ilahi əfv və əbədi cənnət nemətləridir:
"Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin" (Ali-İmran, 133).
Bağışlanmadan və günahdan təmizlənmədən heç bir mənəvi məqama çatmaq mümkün olmadığı üçün bu mənəvi müsabiqənin ilk məqsədi məğfirət (ilahi əfv), ikinci hədəfi isə yerin və göyün genişliyi olan cənnətdir.
Əhəmiyyətli məqamlar
"Nur" təfsiri bizə deyir: Bir qrup İslam alimləri Cənnət və Cəhənnəmin indi mövcud olduğuna inanırlar. Onların dəlillərindən biri bu ayələr və onlarda işlədilən kəlmələrdir: “Təqvalılar üçün hazırlanıb” və ya “Kafirlər üçün hazırlanıb”.
Günahların bağışlanması ilahi bir işdir. Bağışlanmağa təsməkdən məqsəd, bağışlanmaya səbəb olan bir işə tələsməkdir.
Həzrət Əli (ə) bu ayənin təfsirində buyurur: "İlahi vəzifələri yerinə yetirmək üçün bir-birinizlə yarışın".
Mesajlar
1_ Yaxşı işdə tələsmək onun dəyərini artırır. «سارِعُوا»
2_ Tövbə etməkdə və Allahdan bağışlanmaq diləməkdə tələsmək lazımdır. «سارِعُوا إِلى مَغْفِرَةٍ»
3_ Günahların bağışlanması Allahın işlərindəndir. “Rəbbindən bağışlanma”
4_ Əvvəlcə bağışlanmaq, sonra cənnətə getmək. «مَغْفِرَةٍ ... جَنَّةٍ»
5_ Təqvalıların behiştinə doğru sürətlə getməyin tələbi təqvalıların cərgəsində olmaqdır.