
Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin otuz beşincisi keçirilib. O, burada "Tövbə" surəsində "İslam cəmiyyətinin birliyini artırmaq və onu qorumaq strategiyaları" haqqında danışıb. Onun mətnini aşağıda oxuya bilərsiniz:
Sual odur ki, Peyğəmbərin (s) dövründə müşriklər hansı əhdi pozmuşlar? Cavab budur ki, onlar milli təhlükəsizliyə qarşı hərəkət etməməli idilər, görünür, bir neçə hərəkət və hücumlar ediblər. Onlar təvafı cahiliyyət dövrü üslubunda etməli deyildilər, lakin eyni üslubda təvaf edirdilər. Belə rəftarları nəticəsində əhdi sındırdılar.
Müsəlmanların birinci vəzifəsi əhd-peyman və təqvaya riayət etmək, ikincisi, müşriklər qarşısında ciddi olmaq və eyni zamanda şirklə mübarizə aparmaqdır; Müşrik insanla mübarizə yox, şirklə mübarizə aparmaq lazımdır. Biz hamımız bunu əsas götürməli və hərəkət etməliyik.
Möminlər qrupunun dəstəyi olmadan Peyğəmbərin (s) təkbaşına müşriklərdən "bəraət" (uzaqlaşması) etməsi mümkün deyil. Bu surənin ən mühüm mesajı budur ki, cəmiyyət bir şəxslə formalaşa bilməz. "Bəraət" şüar deyil, həyata keçirilməlidir. Nifrətini bildirib zülm edən kimsənin onlarla fərqi yoxdur. Çünki o, etdiyi zülmə görə özü də dini inkar edəndir.
Ola bilər ki, kimsə namaz qılsın, amma özü dini inkar etmiş olsun. Bu ayələrə diqqət yetirin: "(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz). Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar). Vay halına o namaz qılanların" (Maun, 1-4). Biz mürəkkəbliyin çox olduğu bir cəmiyyətdə yaşayırıq.
Əgər müşriklərdən kimsə Allahın kəlamını eşitmək istəsə, onun təhlükəsizliyi təmin edilməlidir ki, məzmunu tamamilə eşitsin; Eşitdikdən sonra qəbul edər, ya etməz: "Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni-Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!" (Tövbə, 7).
Burada yenə də əhdə riayət etmək mövzusu vurğulanır. Mömin əhd-peyman sahibi olmalıdır. Möminləri zəiflədən səbəblərdən biri də müşriklərin dil tökmələridir. Ayədə buyurulur ki, nə üçün onların dil tökmələri ilə əhd-peymanını pozmaları ilə razılaşasınız?
4111249