IQNA

Fransız velosipedçi Həcc səfəri zamanı Türkiyəyə daxil olub

17:13 - May 23, 2023
Xəbər sayı: 3494221
Həcc ziyarətinə velosipedlə gedən Mərakeşəsilli fransalı velosipedçi yolda Türkiyəyə daxil olub.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Həcc səfərini velosipedlə etməyi planlaşdıran Mərakeşəsilli fransalı velosipedçi Nəbil Əl-Nəsri səfəri zamanı Türkiyəyə daxil olub.

O, bu il aprelin 22-də səyahətinə başlayıb və indiyədək 11 ölkədən keçib.

Bu velosipedçi Həcc səfərinə qədim müsəlmanların yolu ilə etmək istəyir.

Bununla yanaşı, Nəbil Əl-Nəsri insanların diqqətini müəyyən məsələlərə, o cümlədən qlobal istiləşməyə yönəltməyə çalışır.

4142721

captcha