IQNA

Abu Dabi Kitab Sərgisində Quran və İncilin nadir nüsxələri

12:03 - May 26, 2023
Xəbər sayı: 3494230
Əbu-Dabidə keçirilən builki kitab sərgisində nadir dini kitablar təqdim olunub. Onların arasında Quranın və İncilin iki tarixi variantını görmək olar.

"İQNA", "Emirates 247"-yə istinadən xəbər verir ki, nadir kitablar və əlyazmalar üzrə ixtisaslaşmış şirkət Əbu-Dabidəki stendində 15-ci əsrə aid, dəyəri 85 min avro, 336 min 595 dirhəmə bərabər olan Qurani-Kərimin nüsxəsini nümayiş etdirib.

Bu sərgidə Quranla yanaşı, 480 min avro dəyərində 1,9 milyon dirhəmə bərabər olan Müqəddəs Kitabın nadir nüsxəsi də ictimaiyyətə təqdim olunub.

Bu şirkətin sahibi Məhəmməd Asif bildirmişdir: Bu sərgi ziyarətçilərə Qurani-Kərimin və İncilin beynəlxalq səviyyədə etibarlı sertifikatları olan orijinal nüsxələrini görmək və almaq imkanı verir.

Bu sertifikatlar nüsxələrin dəqiq qeydə alınmış məlumatlarla yoxlanıldığını və təsdiq edildiyini bildirir.

O, həmçinin qeyd edib ki, bu şirkətin son dörd əsrə aid 600-dən çox sənədi var.

4143135

captcha