IQNA

Sinqapurda Ümumdünya Halal Turizm Sammiti keçiriləcək

10:51 - May 27, 2023
Xəbər sayı: 3494234
Gələn həftə Sinqapurda Dünya Halal Turizm Sammitinin üçüncü mərhələsi keçiriləcək.

"İQNA", "TTR Weekly"-ə istinadən xəbər verir ki, Sammit mayın 25-dən iyunun 1-dək Sinqapurda keçiriləcək. Orada 50-dən çox məruzəçi və fəal halal turizmin inkişafının qarşısında duran əsas imkanlar və problemlər barədə danışacaqlar.

Bu görüşün əsas çıxış edəni İndoneziyanın vitse-prezidenti Məruf Əmin olacaq.

Bu sammitdə dayanıqlı turizmin inkişafı, Covid-19 pandemiyasının turizm sənayesinə təsiri, halal turizmin yeni yaranan sahələri, müsəlman qadınların səyahət təcrübələri və texnologiyanın səyahətin gələcəyinin formalaşmasında rolu mövzularında görüşlər keçiriləcək.

Bu tədbir həm də halal turizm sektoru üzrə mükafatların verilməsini əhatə edəcək. Bu mükafatlar müsəlman dostu otel şəbəkələri və müsəlman dostu restoran şəbəkələri olmaqla iki qrupda veriləcək.

 4143442

captcha