IQNA

İngiltərənin Brighton şəhərində ilk müsəlman mer müavini seçilib

10:22 - June 03, 2023
Xəbər sayı: 3494270
İngiltərənin cənub-şərqində yerləşən Brighton and Hove şəhərinin merinin müavini vəzifəsinə ilk dəfə müsəlman seçilib.

"İQNA", Brighton Şəhər Şurasının məlumat bürosuna istinadən xəbər verir ki, Məhəmməd Əsd Əl-zaman tarixi bir addımla şəhər şurasının mer müavini təyin edilib.

Əsd Əl-zaman bu seçimlə bağlı dedi: "Mən xoşbəxt və qürurluyam ki, məndən gözəl şəhərimə mer müavini olmağım istənildi".

Banqladeşdə anadan olan Əsd Əl-zaman 1995-ci ildə Britaniyaya köçüb. O, şəhər daxilində bir çox xeyriyyə təşkilatları və mədəniyyət təşkilatları ilə işləyib. Həmçinin son 27 il ərzində cəmiyyətdə yaxşı tanınıb. O, əvvəllər Suvarma və Suların İnkişafı Nazirliyində işləyib. Onun cəmiyyətə verdiyi töhfə bir çox mükafatlar və Bukingem Sarayını ziyarət etmək dəvəti ilə müşayiət olunub.

Bir çox müsəlman son vaxtlar İngiltərədə yeni siyasi mərhələlərə çatmışdır. Boltonda məclis üzvü Məhəmməd Əyyub ötən çərşənbə günü bələdiyyə binasında keçirilən andiçmə mərasimindən sonra mer oldu. Ötən ay Mançester şəhər şurasının üzvü Yasmin Dar Mançesterin meri seçilən ilk müsəlman qadın olub.
4145289

captcha