"İQNA", "Redna" saytına istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib bu elmi və dini qurumun rəsmilərinə işğal altındakı Qüds şəhərində mərkəz yaradılması barədə göstəriş verib.
Əhməd Ət-Tayib vurğulayıb ki, Əl-Əzhər sionist rejimin fələstinlilərə qarşı əməllərini ifşa etməkdə davam edir. Həmçinin bu qəsbkar rejimə mesaj verməkdə davam edir ki, Əl-Əzhər onların cinayətlərini ifşa edəcək və Fələstin xalqının iztirablarını hamıya açıqlayacaq.
Əhməd Ət-Tayyib deyib: “Əl-Əzhər, Allah bütün ilahi və dini qanunlara zidd olan bu ədalətsiz işğala son qoyana qədər qlobal vicdanı oyatmağa davam edəcək".
Əhməd Ət-Tayib Əl-Əzhərin Fələstindən daha çox tələbə qəbul etmək və İslam elmləri üzrə magistr dərəcələri üçün təqaüdləri artırmaq istəyini açıqlayıb.
Əl-Əzhərin Şeyxi də ərəb, islam və qeyri-islam ölkələrinin Fələstin məsələsi ilə bağlı susqunluğundan təəssüf etdiyini və kədərləndiyini bildirib.
4145872