Tehran (İQNA) - İnsanın tövbəsi onun keçmiş pis işlərindən qayıtması deməkdir. Lakin bu məfhumun dərin cəhətləri var ki, Allah övliyalarının kəlamlarında qeyd olunur. Həmçinin həqiqi tövbənin mərhələləri bəyan edilir.

Həzrət Əli (ə) tövbənin dörd mərhələsinin olduğunu bildirir:
«التَّوبَةُ نَدمٌ بِالقَلبِ و استِغفارٌ باللسانِ و تَرك بالجَوارح، واِضمارُ الاَّ یَعود»
Tövbə dörd mərhələdən ibarətdir:
Birincisi: Qəlbən peşman olmaq.
İkincisi: Etiraf və o peşmançılığı istiğfar şəklində ifadə etmək.
Üçüncüsü: Keçmiş günahları tərk etmək.
Dördüncüsü: O günahları gələcəkdə təkrar etməmək qərarı almaq.