IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 3

Həzrət Məryəm (s) hekayəsinin hissələri

10:16 - June 11, 2023
Xəbər sayı: 3494306
Tehran (İQNA) - "Məryəm" surəsinin əvvəldən axıra qədər xüsusi harmoniyası, melodiyası və abu-havası var. Çünki hər ayənin oxunması onun bu surəyə aid olduğunu göstərir.

"Məryəm” surəsinin 16-dan 34-ə qədər olan ayələri Məryəm (s) və İsanın (ə) əvvəldən axıra qədər bütün hekayəsindən bəhs edir. “Məryəm” surəsinin bir səhifəsində yer alan üstün və şərəfli bir hekayə gəlib. Lakin onunla əlaqəli məqamlar toplusu bir kitab ola bilər.

Hekayənin xülasəsi budur ki, günlərin bir günü Məryəm (s) öz mənəvi halında xalqın gözündən uzaqlaşmışdı. Allah Ruhul-Əmini (Ruhul-Qüds və ya Cəbrayıl) Məryəmə gözəl və uzun boylu insan şəklində göndərdi.

Məryəm (s) onu ​​gördükdə çox qorxdu və fikirləşdi ki, yad adam gəlib. Hicabsız olduğu üçün onun pis niyyəti ola biləcəyindən narahat idi. Buna görə də dedi: Rəhman Allaha sığınıram ki, pak və təqvalı bir gənc olasınız. Ruh dedi: Mən Rəbbin elçisi kimi gəlmişəm ki, sənə pak və saleh bir oğul bəxş edim. Onun paklığına əmin olan Məryəm dedi: Mənim necə oğlum ola bilər ki, mənimlə heç bir kişi münasibətdə olmayıb və mən heç vaxt nalayiq iş görən qız olmamışam.

Ruh dedi: “Rəbbin deyir ki, Allaha sənə adi hazırlıqlar olmadan oğul bəxş etmək çox asandır. Allah istəyir ki, sənin övladın Allahın möcüzələrindən olsun ki, bütün insanlara rəhmət səbəbi olsun və bu şübhəsiz olacaq.

Beləcə Məryəm o ruhdan hamilə qalır. Hamiləliyinin izlərinin görsənməməsi üçün insanlardan uzaq bir yerə sığınır. Məryəm doğuş zamanı ağrıdan bir xurma ağacının gövdəsinə sığınıb dedi: Kaş daha tez öləydim və belə ağır gün görməyəydim. Kaş dünyada mənim adım və əlamətim olmayaydı.

Bu vaxt bir səs eşidir: Kədərlənmə, çünki Allah ayaqlarının altından çay axıtmışdır. Xurmanın gövdəsini silkələ ki, ayağınıza təzə xurma düşsün. Əgər bir nəfər sənin yanına gəlsə, işarə ilə de ki: Mən bu gün danışmamaq orucu tutmaq üçün nəzir etmişəm və heç kimlə danışmayacağam. Sonra Məryəm İsanı qucağında tutararaq xalqının yanına qayıtdı.

Dedilər: Ey Məryəm, sən çox təəccüblü bir iş görmüsən! Ey Harunun bacısı, sənin valideynlərin pis insanlar deyildi.

Məryəm danışmamaq orucu tutduğu üçün uşağa işarə edərək suallarını ona verməli olduqlarını bildirdi. Dedilər: Körpə ilə necə danışaq?

Lakin uşaq birdən dilləndi və dedi: Mən səmavi kitab verilmiş Allahın bəndəsi və peyğəmbərlərindənəm. Allah məni elə yaratdı ki, harada olsam da, addımlarım bərəkətli və mübarək olsun. Rəbbim sağ olduğum müddətdə namaz və zəkat sünnəsini yerinə yetirməyi, anama qarşı mehriban və hörmətli olmağı əmr etmişdir. Allah məni zalım, mərhəmətsiz və daşürəkli bir insan yaratmamışdır.

Onun lütfü ilə mən doğulduğum zaman, dünyadan gedəndə və yenidən qiyamətdə dirildiləcəyim gün mənə salammatlıq olacaq.

Burada Allah buyurur: Əgər İsanın həyat hekayəsində şübhəniz və inkar etdiyiniz bir şey varsa, bilin ki, hekayənin həqiqəti odur ki, sənin Rəbbin buyurub. Uca Allah heç vaxt heç kəsi Özünə övladlığa seçməyib. Onun xəlq etməyi elədir  ki, bir şeyi yaratmaq istədiyində Sadəcə “ol” deyi, o şey yaranır.

* Ustad Hüseyn Mühyiddin İlahi Qumşeyi tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4112224

captcha