IQNA

Doha Beynəlxalq Kitab Sərgisində nəfis Quran əlyazmalarının təqdimatı

7:50 - June 16, 2023
Xəbər sayı: 3494336
Bu günlərdə Doha Beynəlxalq Kitab Sərgisinin 32-cisində Qurani-Kərimin nəfis əlyazmaları nümayiş edilir.

"İQNA", Ər-Rayə-yə istinadən xəbər verir ki, bu günlərdə Dohada keçirilən 32-ci Qətər Beynəlxalq Kitab Sərgisində bir sıra nəfis Qurani-Kərimlər nümayiş etdirilib.

Bu sərgidə təqdim olunan ən görkəmli Quranlardan biri suriyalı xəttat Məhəmməd Maher Hazirinin vəhy ayələrini parça üzərində işlədiyi Qurandır.

Baxmayaraq ki, bu üsulu Quran ayələrini Kəbənin pərdəsinə yazılmasında görmək olar, lakin bütün Qurani-Kərimin bu şəkildə yazılması misilsiz olmuşdur. Bu Quranda ayələr qara məxmər parça üzərində qızıl sapla işlənmişdir.

Bu şəkildə yazılmış Quranın ümumi çəkisi təxminən 200 kq, hər səhifənin ölçüləri bir metrə yarım metrdir. Bu Quranın bütün yazılması on iki il çəkib. Hər cilddə Qurani-Kərimin iki cüz yarımı və hər səhifəsi 15 sətrdən ibarətdir.

İyunun 12-dən 21-dək Doha Konqres və Sərgi Mərkəzində keçirilən bu sərgidə həm də nadir tarixi İran Quran kolleksiyası nümayiş etdirilir.

4147970

captcha