IQNA

Quranda əxlaqi mövzular / 6

Xəyanətin kökləri və növləri

9:57 - June 19, 2023
Xəbər sayı: 3494346
Tehran (İQNA) - Quranda nəzərdə tutulan uyğun olmayan əxlaqi xüsusiyyətlərdən biri də xəyanət və onun növləridir. Quran insanlarda xəyanətin köklərini də açıqlayır.

Xəyanət cəmiyyətin əsaslarının dağılmasına səbəb olan davranışlardan biridir və dini mətnlərdə şiddətlə qınanmışdır. Xəyanət bir növ etimadın pozulmasıdır. Əhdin pozulmasına və əmanətin aradan getməsinə səbəb olur. Əmanət bəzən fiziki bir şeydir, lakin əhd-peyman da bir növ əmanət sayılır. Bu səbəbdən evli olan şəxs başqa bir insanla münasibətə girəndə ona xəyanətkar və ya xain deyirlər. Xəyanət edənə xain deyilir.

Xəyanətin köklərindən biri də Əmmarə nəfsə (insanı daima pisliklərə tərəf çəkən) diqqət yetirməkdir. Əmərə nəfs, insanın öz ağlına əməl etmədiyi və bu səbəbdən günah və xətadaya düçar olduğu hallardan biridir. Əmmarə nəfs insan davranışının ən aşağı mərtəbəsidir. O, insanı çirkinliyə və günaha güclü şəkildə meyilləndirir.

Həzrət Yusif (ə) Züleyxanın rəftarının mənbəyinin Əmmarə nəfs olduğunu bildirmişdir: “Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” (Yusif, 53).

Xəyanətin başqa bir kökü də şirk və Allahın qüdrətinə və ruzi verən olmasına tam inanmamaqdır. İmanı zəif olan insanlar bəzən zillətə, xəyanətə təslim olurlar. Xəyanət etməsələr, həyatdan geri qalacaqlarını, maraqlarının təmin olunmayacağını düşünürlər.

Quranda xəyanət bir neçə kateqoriyaya bölünür:

1_ Allaha və Peyğəmbərə xəyanət: Quran ayəsi insana Allaha və Peyğəmbərə xəyanət etməyi qadağan edir: "Ey iman gətirənlər! Allaha və Peyğəmbərə xəyanət etməyin!" (Ənfal: 27).

2_ İnsanlara xəyanət: Allah həmin ayədə insanın başqalarının əmanətinə son dərəcə diqqətli olmasını və onlara xəyanət etməməsini buyurmuşdur: "Siz (bunun böyük günah olduğunu) bilə-bilə öz əmanətlərinizə xəyanət edirsiniz" (Ənfal, 27).

İslamın əziz Peyğəmbəri (s) bu əxlaqsız davranış haqqında belə buyurmuşdur:

«ارْبَعٌ لا تَدْخُلُ بَيْتاً واحِدَةٌ مِنْهُنَّ الَّا خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَةِ الْخِيانَةُ وَ السِّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ وَ الزِّنا»

"Dörd şey vardır ki, onlardan biri evə girsə, xarab olar və Allahın bərəkəti onu heç vaxt bərpa etməz; Xəyanət, oğurluq, şərab içmək, zina etmək". Bu dörd şeydən biri və ya hamısına düçar olan bir cəmiyyət eyni hökmə tabe olar. Məhv olar və bərəkətdən məhrum olar.

İnsanlarda olan bu əxlaqi xəstəliyə şəfa verən şeylərdən biri də imanın əsaslarını gücləndirməkdir. Çünki əgər bir şəxs iman gətirsə, Allah onun ruzisini verər. Artıq onun var-dövlət əldə etmək üçün xəyanət etməyə ehtiyacı yoxdur. Həmçinin onun tərk edilməsinə və sağalmasına səbəb olan digər vasitələrdən biri də xəyanətin aqibəti və nəticəsinə diqqət və düşünməkdir. Xəyanət son nəticədə insanlar tərəfindən nifrətə səbəb olduğu üçün insanlar bundan qaçmalı olduqlarını başa düşürlər.

* Ayətullahul-Uzma Məkarim Şirzainin yazdığı "Quranda əxlaq" kitabından götürülmüşdür.

Teqlər: quran ، əxlaq ، əmmarə nəfs ، xəyanət
captcha