IQNA

Quran nədir? / 9

Quran, ən yaxşı hekayələrin rəvayətçisi

6:23 - June 25, 2023
Xəbər sayı: 3494373
TEHRAN (IQNA) – Qurani-kərim Yusif surəsini ən yaxşı qissə kimi təqdim etmişdir. Bu hekayənin istiqamətləndirici xüsusiyyətlərinə diqqət yetirmək bizi Quranı daha yaxşı başa düşməyə istiqamətləndirir.

Allah “Yusif” surəsinin 3-cü ayəsində Yusif peyğəmbərin (ə) əhvalatını ən yaxşı əhvalat və hekayət kimi təqdim etmişdir: "(Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin".

İmam Əlidən (ə) bir hədis bu əhəmiyyəti açıqlayır:

«ان احسن القصص و ابلغ الموعظة و انفع التذكر كتاب اللَّه عز ذكره»

"Ən gözəl hekayətlər və ən fəsahətli moizələr və ən faydalı öyüd-nəsihətlər Uca Allahın kitabıdır".

Hekayələrin insan tərbiyəsində çox böyük rolu var. Hekayələr bəzən tarixə əsaslanır. Tarix xalqların güzgüsüdür. Biz sələflərimizin tarixini nə qədər bilsək, elə bil, o insanlar qədər yaşamışıq. Həzrət Əlinin (ə) oğlu İmam Həsənə (ə) ünvanladığı Nəhcül-Bəlağənin 31-ci məktubunda belə bir cümləsi var: "Oğlum! Keçmişdəkilərin tarixini o qədər öyrənmişəm və bilirəm ki, sanki onlarla yaşamışam və onların hamısının yaşı qədər də yaşım var".

Ümumilikdə Qurani-Kərimin və ya xüsusilə Həzrət Yusifin (ə) qissəsinin ən yaxşı qissə adlandırılması çox əhəmiyyətli bir ifadədir. Hekayənin xüsusiyyətləri onu digər hekayələrdən üstün edir. Misal üçün:

1_ Hekayəçi (onun yazıçısı) elə etibarlı olmalıdır ki, tamaşaçılarda ən yaxşı psixoloji və tərbiyəvi təəssürat yarada bilsin. Həmçinin öz məqsədini hekayə şəklində o qədər aydın və dəqiq deməlidir ki, heç yanlış çıxarış etməsin. Bu baxımdan ayə göstərir ki, bu əhvalatları söyləyən Allah Özüdür. Allahdan daha yaxşı kim ola bilər? "Biz (Allah) əhvalatı danışırıq" (Yusif, 3).

2_ Hekayə insanları qəflət yuxusundan oyatmaq üçün faydalıdır: İndiki dünyada və ya ötən əsrlərdə çoxlu hekayələr yazılıb, danışılıb, amma sual yaranır ki, bu hekayələrin neçə faizi insanlar üçün təsirlidir? Bütün hekayələr haqqında belə bir iddia irəli sürə bilərsinizmi?

Amma ən gözəl qissələri özündə cəmləşdirən Qurana nəzər saldıqda xəbərdarlıq, qiyamət və haqq-hesab gününün xatırladılması, cənnət müjdəsi, cəhənnəm əzabından qorxu və s. kimi məsələlərlə rastlaşırıq. Bütün bu deyilənlərin nəticəsi insanın qəflət yuxusundan oyanmasıdır.

3_ Ən yaxşı hekayələr insanları düşündürür, nəinki insanların bir anlıq həyəcandan sonra onları unudur. Allah Quranın bir çox yerində insanı düşünməyə dəvət edir: فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

 "(Onlara) hekayələri danış ki, ümid var, düşünsünlər" (Əraf, 176).

captcha