IQNA

10:22 - June 27, 2023
Xəbər sayı: 3494384
İslamın əqidə prinsipləri; Məad / 27

Vilayət imanın şərtlərindəndir

TEHRAN (IQNA) – Dini rəhbəri tanımaq, ona diqqət yetirmək və ona tabe olmaq imanı kamilləşdirmək üçün Quranda vurğulanan şərtlərdəndir.

Vilayət imanın şərtlərindəndir

Əgər bütün ibadətlər yerinə yetirilsə, ilahi haqq və insanların haqqı ödənilsə, günahdan tövbə 100% ürəkdən peşman olmaqla yerinə yetirilərsə, lakin vilayət və imamlıq məsələsinə diqqətsizlik edilərsə, bütün işlər və islahlar və tövbə səmərəsizdir. Çünki Quran buyurur:

"Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!” (Taha, 82).

  Bu ayə ilə bağlı gələn hədislərdə oxuyuruq: "Ayənin sonundakı “ihtəda” kəlməsinin mənası budur ki, mömin bütün qeyd olunan işlərlə yanaşı, ilahi rəhbərliyə tabe olmalıdır. Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) doğru hidayət olmalı və Allah yolunda qərar tutmalıdır (Şübbər təfsiri).

  Başqa bir ayədə Nuh peyğəmbərin (ə) insanlara belə dediyini oxuyuruq: أنِ اعبُدوا اللّه و اتّقوهُ و أطیعونِ یَغفِرْ لكم

"Allahın qulu olun, təqvalı olun və mənim rəhbərliyimə tabe olun ki, Allah da sizə rəhm etsin" (Nuh, 3-4).

  Deməli, bütün saleh əməllərin əsas şərti vilayət və ilahi rəhbərə itaətdir.

  Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.

captcha