IQNA

İsveçdə Quranı təhqir etməyə icazə verilib

14:31 - June 30, 2023
Xəbər sayı: 3494400
İsveç polisi Qurani-Kərimi təhqir etmək və yandırmaq üçün icazə verib.

"İQNA", "Sputnik"-ə istinadən xəbər verir ki, bu ölkənin hakimiyyət orqanlarının islami müqəddəs yerlərə qarşı təhqiramiz hərəkətlərinin davamı olaraq, İsveç polisi Qurani-Kərimə hörmətsizlik etmək və yandırmaq məqsədi ilə növbəti toplantının keçirilməsinə icazə verib.

Bununla əlaqədar olaraq, İsveç polisi çərşənbə günü Stokholmdakı əsas məscidin qarşısında bəzi iştirakçıların Qurani-Kərimin nüsxəsini yandırması nəzərdə tutulan toplantının keçirilməsinə icazə verdiyini açıqlayıb.

İsveç mətbuatının verdiyi açıqlamaya görə, bu təxribatçı və dinə zidd toplantı zamanı İsveç polisi Qurani-Kərimi təhqir edənlərin təhlükəsizliyini təmin etməlidir.

Bir halda ki, iki həftə əvvəl İsveç məhkəmə sistemi Qurani-Kərimi təhqir edənlərə qarşı nümayişlərin keçirilməsinə icazə verilməsinə qarşı çıxıb.

İsveç hakimiyyəti daha əvvəl belə bir mərasimin keçirilməsinə icazə vermiş və bu, İslam ölkələrinin reaksiyası ilə qarşılanmışdı.

4151144

captcha