IQNA

Əqidə prinsipləri; Tövhid / 25

Müqayisə yolu ilə allahşünaslıq

11:21 - July 02, 2023
Xəbər sayı: 3494409
TEHRAN (IQNA) – Quran ayələri dünyanı yaradanın imkanlarını ifadə edərək, onu dünyadakı digər varlıqlarla müqayisə edib. Bu ayələr üzərində düşünmək bizə dünya haqqında xüsusi baxış açısını açır və Allahı tanımağa aparır.

Allah Quranda ilahi yaradılışdan nümunələr verdikdən sonra belə buyurur:

“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar əyri yoldadırlar (haqq yoldan azmışlar)” (Loğman, 11).

“Səni qurunun və dənizin zülmətindən kim xilas edəcək?” (Ənam, 63).

“Əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını kim qəbul edər?” (Nəhl, 62).

"Allahla yanaşı başqa məbud varmı? (Nəml, 63).

“Onu bitirən sizsiniz, yoxsa Biz?!” (Vaqiə, 64).

Ey insan! Torpaqdan nə yarada bilərsən?! Torpaqdan gil, kərpic və ya keramika düzəldə bilərsiniz, lakin Allah torpaqdan yüzlərlə növ gül, meyvə, ağac, yarpaq və s. düzəldir. Həmçinin hər şeydən əvvəl insanı torpaqdan yaradır. “Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) böyükdür! (Möminun, 14).

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha